“Son 2 oyuna qələbə üçün çıxacağıq”
21.11.2012 - 13:49
“Son 2 oyuna qələbə üçün çıxacağıq”
“Avropa Liqasında çıxışımızı qrupda başa vuracağımız dəqiqləşsə də, son 2 oyuna qələbə üçün çıxacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Partizan” klubunun futbolçusu Milan Smilyaniç deyib.

Yarımmüdafiəçi Avropa Liqasının sabah keçiriləcək V turunun “Neftçi” ilə Bakıdakı qarşılaşmasına iddialı çıxacaqlarını açıqlayıb: “İlk növbədə Bakıda “Neftçi”ni udmalıyıq. 2 qarşılaşmadan ən azı 1 qələbə qazanmalıyıq. Təəssüf ki, Bakıda qazanacağımız qələbə “Srvena Zvezda”ya məğlubiyyəti unutdurmağa xidmət edəcək. Yoxsa ki, qalib əhval-ruhiyyəsi ilə Azərbaycana yollansaydıq daha yaxşı olardı”.

Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” – “Partizan” oyunu saat 21:00-da başlayacaq.