“Ağ-qaralar”ın üçüncülük savaşı
21.11.2012 - 14:14
Sabah Avropa Liqasının qrup mərhələsində V turun görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, ardıcıl ikinci ev oyununa çıxacaq “Neftçi” bu dəfə Tofiq Bəhramov adına Respublika stadionunda özü kimi “ağ-qara” formaya üstünlük verən “Partizan”la qarşılaşacaq.
Təmsilçimiz qrup mərhələsindəki tarixi debütünü məhz bu komanda ilə oyunla reallaşdırıb və yeganə xalını da məhz Belqradda qazanıb. Sentyabrın 20-də keçirilmiş matçda qol vurulmadığından elə rəqib də yeganə xalını hesabına həmin oyunda yazıb. Sadəcə, “Neftçi” topların daha yaxşı fərqinə görə eyni xala malik olduğu serbləri turnir cədvəlində qabaqlayaraq, 3-cü yerdədir.
Hər 2 komanda qrupdan çıxmaq şansını ötən tur öz meydanında aldığı məğlubiyyətdən sonra itirdi. Nəticədə qrupun favoritləri “İnter” və “Rubin” 1/16 finala vəsiqə qazandı və bu komandalar indi Kazandakı oyunda kimin qalibi olacağını müəyyənləşdirəcəklər. Çünki komandaların xalları bərabərdir və qalib avtomatik 1-ci yeri tutacaq. Buna Milandakı ilk matçın bərabərliklə (2:2) nəticələnməyi dəlalət edir.
“Neftçi” və “Partizan” isə 3-cü yer uğrunda mübarizə aparacaq. Yəni, burada da ilk matç heç-heçə bitib və qalib komanda avtomatik üstün olacaq. Bu, eyni zamanda komandaların ilk qələbəsi deməkdir. “Partizan” əvvəllər qrup mərhələsində oynayıbsa, “Neftçi” buna nail olan ilk təmsilçimizdir. Bir sözlə, qələbə təmsilçimiz üçün tarixi olacaq.
Sabahkı qarşılaşma heç-heçə bitərsə, “Neftçi” qrupda 3-cü olmaq şansını çətinləşdirəcək. Çünki komandamızı son turda “İnter”lə çətin sınaq gözləyir ki, Milandakı oyunda xal qazanmaq inandırıcı deyil. “Partizan”ın isə “Rubin”lə ev oyununda buna nail olmaq şansı daha yüksəkdir. Deməli, bizim üçün 3-cü yerin taleyi Bakıdakı qarşılaşmadan asılıdır.
Milli çempionatlarda isə hesabat turu paytaxt təmsilçiləri üçün fərqli oldu. Belə ki, “Neftçi” “Sumqayıt”ı darmadağın etməklə (8:1), mövsümün ən böyük hesablı qələbəsini reallaşdırdı. “Partizan”da isə fərqli vəziyyətdir. Əzəli rəqibi “Srvena Zvezda”ya məğlubiyyətdən sonra komandanın düşərgəsində xoşagəlməz əhval-ruhiyyə mövcuddur. Belə ki, azarkeşlər baş məşqçi Vladimir Vermezoviçi təhqir edib, rəhbərlik heyətlə bağlı islahat apardı.
“Partizan”la oyun öncəsi “Neftçi”nin zədəli futbolçuları - Mahir Şükürovla Cavid İmamverdiyevin heyətə dönməyi yaxşı hal olsa da, matça itkisiz çıxmaq qeyri-mümkündür. Belə ki, paraqvaylı yarımmüdafiəçi Erik Ramos cəzalıdır.
Qeyd edək ki, saat 21:00-da başlayacaq oyunu Saymon Evansın başçılıq etdiyi uelsli hakimlər briqadası idarə edəcək.

0
0