“Kəpəz” “Xəzər Lənkəran”la oyuna istirahət etmədən hazırlaşır
21.11.2012 - 14:31
Qəbələ səfərindən qayıtdıqdan sonra vaxt azlığına görə istirahət edə bilməyən “Kəpəz” dünəndən qarşıdakı turda qarşılaşacağı “Xəzər Lənkəran”la oyunun hazırlıqlarına başlayıb. Apasport.az saytının xəbərinə görə, məşq prosesi səhər saatlarında baş tutub.
Bu gündən başlayaraq isə “Kəpəz” hər gün saat 14:30-da məşqə çıxacaq. Komanda hazırlıq prosesini Gəncə şəhər stadionunun əsas meydançasında keçirir.
Qeyd edək ki, “Kəpəz” – “Xəzər Lənkəran” oyunu noyabrın 24-də baş tutacaq. Gəncədəki qarşılaşma saat 14:00-da başlayacaq.

0
0