Milli komandanın qapıçısı məşqlərə başladı
21.11.2012 - 14:38
Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində AZAL-la qarşılaşacaq “Sumqayıt” məşqlərini davam etdirir. Apasport.az saytının məlumatına görə, Bayıl stadionunda hazırlaşan komandanın heyətində bəzi itkilər var.
Belə ki, Murad Hüseynovla Murat Doymuş son məşqdə fərdi məşqlərlə kifayətlənib. “Portu”nun düşərgəsində baxışda olan Orxan Əliyevin isə cümə günü komandaya qoşulacağı gözlənilir. Milli komandanın heyətində Şimali İrlandiya ilə keçirilmiş görüşdə barmağı sınan Səlahət Ağayev isə məşqlərə başlayıb. Ötən turda cəza səbəbindən iştirak edə bilməyən Murad Ağayev də artıq kiçik zədəsini sağaldaraq komandaya qoşulub.
Qeyd edək ki, AZAL – “Sumqayıt” oyunu noyabrın 25-də keçiriləcək. Şüvəlandakı görüş saat 16:00-da start götürəcək.

0
0