PFL təqvimdə dəyişikliklər etdi
21.11.2012 - 15:10
PFL təqvimdə dəyişikliklər etdi
Azərbaycan əvəzedici komandaların çempionatının təqimində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, XIV turun “Simurq” – “İnter” oyunu noyabrın 23-dən 22-ə keçirilib.

Buna səbəb “İnter”in məşqçilərinin noyabrın 23-də AFFA tərəfindən təşkil olunan A kateqoriyalı məşqçi kurslarında iştirak edəcəyidir.
“Simurq”un razılıq məktubunu da nəzərə alan Peşəkar Futbol Liqası (PFL) belə qərar çıxarıb.

“Qarabağ” – “Turan” oyununun vaxtı da 1 gün ertələnib. Belə ki, matç noyabrın 24-də keçiriləcək. Bunda Gəncə təmsilçiləri olan “Kəpəz” ilə “Tərəqqi” klublarının ev oyunlarını eyni stadionda keçirdiyi və ölkə kubokunun 1/8 final görüşlərinin noyabrın 28-də keçiriləcəyi nəzərə alınıb.

Həmçinin “Tərəqqi”nin müraciəti əsasında və “Neftçi”nin razılıq məktubunu nəzərə alaraq bu komandalar arasında ölkə kubokunun 1/8 final mərhələsinin Gəncədə keçirilməli olan matç noyabrın 28-də baş tutacaq.

PFL “Şahdağ”ın müraciətini və “Göyəzən”ın razılıq məktubunu nəzərə alaraq, bu komandalar arasında I Divizionunun 13-cü turunun oyununu dekabrın 16-dan noyabrın 30-a ertələyib.

Mənbə: pfl.az.