“Neftçi”: ya nəhs, ya yubiley
21.11.2012 - 15:44
“Neftçi”: ya nəhs, ya yubiley
Sabah Avropa Liqasında növbəti görüşünü keçirəcək “Neftçi” “uğursuzluq zolağı”ndadır. Apasport.az saytının məlumatına görə, Böyükağa Hacıyevin yetirmələri 4 oyundur qələbəyə həsrət qalmaqla nəhs rəqəmə ilişib. Belə ki, paytaxt təmsilçisi avrokuboklar tarixində 12 qələbə qazanıb. Nəhs – 13-cü qələbə isə heç cür əldə olunmur.

Son 4 matçda 3 dəfə uduzub, 1 dəfə heç-heçə oynayan bakılılar sabah Serbiya “Partizan”ını udmaqla, nəhs rəqəmi fəth etmiş olacaqlar. Əks halda, “Neftçi” yubiley qeyd edəcək.

Belə ki, paytaxt təmsilçisi avrokuboklarda keçirdiyi 40 oyunda 9 heç-heçə və 19 məğlubiyyətə də malikdir. 41-ci oyununda ya nəhs qələbə, ya 10-cu heç-heçə, ya da 20-ci məğlubiyyətlə üzləşəcək Hacıyevin yetirmələri top fərqində də çox geridədir – 35:67.