“Qarabağ” “Turan”a qarşı tam heyətlə məşq edir
21.11.2012 - 16:05
“Qarabağ” “Turan”a qarşı tam heyətlə məşq edir
“Qarabağ” noyabrın 24-də Topaz Premyer Liqasının XIV turunda “Turan”ı qəbul edəcək. Apasport.az saytının məlumatına görə, Ağdam klubu artıq hazırlıqlara start verib.

Bazar günü “Simurq”la qarşılaşan “Qarabağ”a dünən baş məşqçi Qurban Qurbanov istirahət vermişdi. Bu günün tək çalışması Suraxanı qəsəbə stadionunda baş tutub. “Qarabağ”ın məşqi tam heyətlə baş tutub.

Qeyd edək ki, “Qarabağ” – “Turan” oyunu saat 14:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.