Avropa Liqası: “Hapoel” - “Atletik” matçı baş tutmaya bilər
21.11.2012 - 17:41
Avropa Liqası: “Hapoel” - “Atletik” matçı baş tutmaya bilər
Avropa Liqasının qrup mərhələsinin V turunun sabahkı oyunlarından biri baş tutmaya bilər. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Atletik” klubunun İsrailin “Hapoel” (Kiryat-Şmona) komandası ilə səfər oyununa yollanmaqdan imtina edir.

Belə ki, İsrail paytaxtı Təl-Əvivdə terror aktının baş verməsini əsas gətirən basklar bu şəhərə uçuşunu təxirə salıb. “Atletik” qarşılaşmanın neytral meydanda keçirilməsi üçün UEFA-ya müraciət edib.

Qeyd edək ki, “Hapoel” Azərbaycan çempionu “Neftçi”ni Çempionlar Liqasından kənarlaşdırmışdı.