“Partizan” Bakıya “Mustafa”sız gəldi
21.11.2012 - 17:55
“Partizan” Bakıya “Mustafa”sız gəldi
Avropa Liqasının H qrupunda “Neftçi”nin qonağı olacaq “Partizan” artıq Bakıdadır. Apasport.az saytının xəbərinə görə, Belqraddan səhər saatlarında çıxan Serbiya klubu bizim vaxtla saat 16:00-da ölkəmizdə olub.

Artıq baş məşqçi Vladimir Vermezoviçin hansı heyətlə Bakıya gəldiyi də məlumdur. Serbiyalı çalışdırıcı 20 futbolçunu gətirməyə ehtiyac duyub. Həmin futbolçular bunlardır:

Qapıçılar – Nikola Petroviç, Radişa İliç

Müdafiəçilər – Aleksandar Milkoviç, Sreten Sretenoviç, Vladimir Volkov, İvan İvanov, Miloş Ostoyiç, Stefan Aşkovski, Aleksandar Lazevski

Yarımmüdafiəçilər – Nemanya Tomiç, Nikola Ninkoviç, Qoran Lovre, Saşa Markoviç, Saşa İliç, Miloş Yoyiç, Milan Smilyaniç, Lazar Markoviç

Hücumçular – Stefan Şçepoviç, Marko Şçepoviç, Aleksandar Mitroviç

Göründüyü kimi, “Partizan” əsas qapıçısı Vladimir Stoykoviç olmadan Bakıya gəlib.

Vaxtilə “Srvena Zvezda”nı “Partizan”a dəyişdiyi üçün “Mustafa” ləqəbi alan Stoykoviç Saşa Stamenkoviçlə yaşanan qalmaqalın başında dururdu. Ancaq onun ölkəmizə gətirilməməsi sadəcə zədə ilə bağlıdır. Belə ki, 29 yaşlı qolkiperin oktyabrın 7-də “Yavor”la oyunun 33-cü dəqiqəsində aldığı zədə ciddi olub.