Macarıstan klubunun oyunçusu “Kəpəz”in qapısını qoruyacaq
21.11.2012 - 18:20
“Kəpəz”in zədəliləri sırasına daha bir futbolçu qoşulub. Apasport.az saytının xəbərinə görə, komandanın qolkiperi Xəyal Zeynalov zədələnib.
Zeynalov “Qəbələ” ilə oyunun gedişində dizindən xəsarət alıb. Amma oyunu davam etdirməyi bacaran qapıçının Gəncəyə qayıtdıqdan sonra ağrıları şiddətlənib. Bu üzdən Xəyal dünən komanda ilə birgə məşqlərə çıxa biməyib. Zeynalov hazırda həkim nəzarəti altındadır.
Qeyd edək ki, Xəyal Zeynalov “Qəbələ” ilə oyunda qapısından 2 top buraxıb. “Kəpəz”in qapısını növbəti turda Macarıstanın “Dioşdyör” klubuna məxsus olan xorvatiyalı qolkiper İvan Radoş qoruyacaq.

0
0