Mahir Şükürov “Neftçi”yə də kömək etməyəcək
21.11.2012 - 18:49
Mahir Şükürov “Neftçi”yə də kömək etməyəcək
Avropa Liqasının sabah keçiriləcək V turunda Serbiya təmsilçisi “Partizan”ı qəbul edəcək Azərbaycan çempionu “Neftçi” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, komandanın təcrübəli futbolçusu Mahir Şükürov qarşıdakı matçda komandasına kömək edə bilməyəcək. Buna səbəb Mahirin zədəli olmasıdır.

Qeyd edək ki, Şükürov zədə səbəbindən Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsinin Şimali İrlandiya ilə Belfastdakı oyununu da buraxmışdı.