Nikolas Kanales: Mənim “Partizan”a qol vurmağım əsas deyil
21.11.2012 - 18:52
“Söz vermək çox çətindir. Onu söz verirəm ki, komanda meydanda maksimum gücünü qoyacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin çilili futbolçusu Nikolas Kanales Avroliqanın qrup mərhələsində “Partizan”la oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
Topaz Premyer Liqasının son turunda “Sumqayıt”a 8:1 hesabı ilə qalib gəldikləri oyunda poker edən hücumçu özünün fərqlənməyini yox, komandasının uğurunu daha vacib sayır: “Əsas odur oyun göstərib, qələbə qazanaq. Mənim qol vurmağm əsas deyil. “Sumqayıt”la matçdan fərqli oyun olacaq. Çünki oyunçular fərqlidir. “Partizan”ı qrupdakı digər rəqiblərimiz “İnter” və “Rubin”lə müqayisə etmək olmaz. Biz sabah qələbə üçün əlimizdən gələni edəcəyik”.

0
0