Cavid İmamverdiyev: Minimal hesabla da olsa, əsas udmaqdır
21.11.2012 - 18:59
“Əlbəttə, “Partizan”la oyunda meydana qələbə üçün çıxacağıq. Minimal hesabla olsa belə, əsas 3 xaldır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin futbolçusu Cavid İmamverdiyev Avroliqanın qrup mərhələsinin V turunda “Partizan”la Bakıdakı matç öncəsi keçirilən mətbuat konfransında deyib.
Zədəsinin sağaldan yarımmüdafiəçi 3 aylıq fasilədən sonra yaşıl meydana qayıdır və yenə Belqrad təmsilçisinə qarşı oynayacaq.
“Mən o sevinc hisslərini qələbədən sonra deyə bilərəm. Bu dəqiqə onu demək mümkün deyil. Çünki gərək o yaşayasan ki, hansı hisslər keçirdiyini deyə biləsən. İnşallah, Azərbaycan xalqını sevindirəcəyik. Bunun üçün güclü azarkeş ordusu olsun ki, bizə stimul versin” - deyə, İmamverdiyev bildirib.
Mehman SÜLEYMANOV

0
0