Elxan Məmmədov: “Atletiko”nun layihəsi futbolumuzda ilk olacaq
21.11.2012 - 21:30
Madrid “Atletiko”nun rəsmisi Karlos Aqillera Martines Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, hazırda klubun bazasının direktoru olan əfsanəvi futbolçusu meneceri Emiliyo Qutyerreslə birgə ölkəmizə qonaq gəlib. Vaxtilə “Atletiko”nun kapitanı olan Aqillera uzun illər onun şərəfini qoruyub.
“Atletiko” “Bakı” ilə əməkdaşlıq çərçivəsində növbəti səfərini reallaşdırıb. Bununla bağlı bu gün keçirilən mətbuat konfransında ”Bakı”nın icraçı-direktoru Yaşar Seyidovla AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.
İlk olaraq Məmmədov layihə haqda fikirlərini açıqlayıb. O, layihənin AFFA tərəfindən dəstəkləndiyini bildirib: “Bu, bir neçə mərhələdən ibarət olacaq. Yaxın vaxtlarda hazırlıq işləri başlanacaq. Məqsəd ən istedadlı futbolçuları seçməkdir. Bunlar 10-20 futbolçu olacaq. Gələn ilin matında seleksiya prosesi olacaq. Orada 1999/2000 təvəllüdlü futbolçu olmalıdır. ”Atletiko”dan gələn məqşçilər həmin futbolçuları seçəcək. Onlar “Bakı”nın hesabına “Atletiko”nun Akademiyasında uzun müddət olacarlar. Hesab edirəm ki, bu layihə futbol tariximizdə ilkdir və futbolumuza çox böyük fayda verəcək”.
O, seleksiya prosesinin martın ilk həftəsində başlayacağını söyləyib. Məmmədov əvvəlcə 25 kluba müraciət edəcəklərini bildirib. Ardından seleksiya günü olacaq və 1000-ə yaxşı futbolçu gözlədiklərini deyib : “Atletiko” bir brenddir və valideynlər övladlarının belə bir klubun Akademiyada olmağını istəyəcək. Ancaq burada adaptasiya prosesi vacibdir. Çünki həmin yeniyetmə futbolçular ispan dilini bilmir, çoxu ingiliscə də yaxşı danışmır. Adaptasiya prosesini araşdırandan sonra Madrid klubun rəsmiləri ilə əlaqə saxlayıb, işlərin növbəti mərhələsini müəyyənləşdirəcəyik”.
Məmmədov ”Bakı”nın bu layihəsinin digər klublarımız üçün yaxşı nümunə olduğunu bildirib: ”Futbolumuzun inkişafında nə qədər çox sistem olsa, bir o qədər axşıdır. Sonda məqsədimiz birdir - öz Azərbaycan sistemini qurmaq. AFFA buna çalışır. Biz 2008-ci ildən almaniyalı məşqçilərlə çalışır. İspaniya da Avropanın aparıcı futbol ölkəsidir. Yadımdadır, 2009-cu ildə Madriddə olmuşdum və ”Atletiko”nun yeganə oyununda olmuşam. Onda da güclü olan ”Barselona”ya 4:2 hesabı ilə qalib gəlmişdilər. AFFA ”Bakı” kimi klubların belə layihələrini dəstəkləyəcək. Biz infrastruktur mərhələsini keçdik. Gələcəkdə bir sistem bizi qane etməzsə, digərinə keçəcəyik”.
Qeyd edək ki, məqsəd 2016-cı ildə Azərbaycanda keçiriləcək 17 yaçadək yığmalar arasında Avropa çempionatının final mərhələsinə qədər futbolçularımızın səviyyəsini qaldırmaqdır.

0
0