“Atletiko” Azərbaycana yoldaşlıq görüşü keçirməyə gələcək
21.11.2012 - 21:56
“Atletiko” Azərbaycana yoldaşlıq görüşü keçirməyə gələcək
Madrid “Atletiko” klubu gələn il Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, klubun rəsmisi Karlos Aqillera Martines bu gün Bakıda keçirilən mətbuat konfransında bunu açıqlayıb.

O, əsas komandaların Azərbaycanın ən yaxşı futbolçularından ibarət komandası ilə ölkəmizdə yoldaşlıq görüşü planlaşdırdığını bildirib. Aqillera futbolumuzun inkişafı üçün hər cür köməyi əsirgəməyə çalışacaqlarını bildirib.