“Belqraddakı qarşılaşmadan qat-qat yaxşı oyun göstərməliyik”
22.11.2012 - 11:42
“Gənc komandamız var. “Neftçi” isə təcrübəli futbolçulardan qurulub. Buna baxmayaraq, oyun haqda nikbin fikirdəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Partizan” klubunun futbolçusu Lazar Markoviç deyib.
Avropa Liqasının qrup mərhələsində bu gün “Neftçi” ilə Bakıda keçiriləcək qarşılaşması haqda fikirlərini açıqlayan Markoviç erkən qol vurmaq iddialarını gizlətməyib: “Mənə elə gəlir ki, biz erkən qol vuracağıq. İmkanlardan yararlanıb, qələbə qazanmaq istəyimizi gerçəkləşdirə bilərik. İstəyimiz isə qrupda ilk qələbəni qazanmaqdır. Bunun üçün Belqraddakı qarşılaşmadan qat-qat yaxşı oyun göstərməliyik.”
Qeyd edək ki, bu gün baş tutacaq “Neftçi” - “Partizan” oyunu saat 21:00-da başlayacaq.

0
0