Hakan Şükürün xanımı hicab bağladı - FOTO
22.11.2012 - 13:05
Hakan Şükürün xanımı hicab bağladı - FOTO
Türkiyə futbolunun əfsanəsi, millət vəkili Hakan Şükür Həcc ziyarətindən qayıdıb. Apasport.az saytının məlumatına görə, yığma və “Qalatasaray”dakı çıxışları ilə tanınan futbol veteranı xanımı Beyda Şükürlə birlikdə Məkkədə olub.

Onlar bəzi nazirlər, millət vəkilləri və bir sıra tanınmış şəxslərin yer aldığı qrupla ziyarətə yollanıblar. Ziyarətdən sonra futbolçunun xanımı hicab taxmağa başlayıb. O, ilk dəfə dini geyimli şəkildə kameralar qarşısına İtaliyanın Milan şəhərində çıxıb.

Qeyd edək ki, 1999-cu ildə ailə quran Hakan və Beyda Şükürlərin 3 övladı var.