Rumıniyalı futbolçu: Azərbaycandan təklif almağım doğrudur
22.11.2012 - 13:13
Rumıniyalı futbolçu: Azərbaycandan təklif almağım doğrudur
“Azərbaycandan təklif almağım doğrudur”. Apasport.az saytının məlumatına görə, bunu son mövsüm Qazaxıstanın “Okjetpes” klubunun şərəfini qorumuş rumıniyalı futbolçu Ovidiu Mendizov deyib.

Vaxtilə Moldovada ən yaxşı sol cinah müdafiəçisi seçilən Mendizov Qazaxıstan mətbuatına verdiyi müsahibədə ölkəmizdən təklif aldığını açıqlayıb: “Azərbaycandan bir klub mənimlə maraqlanırdı. Bundan başqa Ukraynanın “Çernomorets” klubunun da hədəfində idim. Ancaq “Şerif”in mənə maraq göstərməsi haqda heç nə deyə bilmərəm”.

Qeyd edək ki, Mendizovun müqaviləsi “Okjetpes”lə başa çatıb. Kokşetau klubu Qazaxıstan Premyer Liqasını tərk edib.