“Kəpəz” Şəmkirdə oynayacaq
22.11.2012 - 13:27
“Kəpəz” Şəmkirdə oynayacaq
Əvəzedici heyətlər arasında keçirilən ölkə birinciliyinin XIV turunun bir oyununda dəyişiklik edilib. Apasport.az saytının yaydığı məlumata görə, “Kəpəz” – “Xəzər Lənkəran” oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi Gəncə şəhər stadionunda deyil, Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq. Üstəlik, qarşılaşma sabah saat 13:00-da yox, 14:00-da başlayacaq.