Busə Terimi şoka saldı - FOTOSESSİYA
22.11.2012 - 13:36
Busə Terimi şoka saldı - FOTOSESSİYA
“Qalatasaray” klubunun baş məşqçisi Fatih Terimin qızı Busə növbəti dəfə medianın gündəminə düşüb. Apasport.az saytının məlumatına görə, eşq macəraları ilə tanınan xanım bu dəfə yeni sevgilisi “2011 Best Model”in qalibi Bərk Atanla birlikdə kameralara tuş gəlib.

Səhər saatlarında “Zilli” adlı məkandan çıxan cütlük gözlənilmədən media nümayəndələrinin qarşısında olduğunu görəndə Busə Terim bundan şoka düşüb.

İndi Türkiyə mətbuatı “İmperator” ləqəbli mütəxəssisin qızının hərəkətinə necə reaksiya verəcəyini gözləyir.

Busənin bundan əvvəlki sevgililəri – Əmrə Çolak və Əmrə Belözoğlunun qohumu Volkan adlı futbolçu ilə eşq macəralarına biganə qalan Terimin Atanla münasibətlərə necə münasibət göstərəcəyi maraq doğurur. Çoxları “Fatih hoca topçuya icazə vermədi, manekenə nə deyəcək?” sualı üzərində baş sındırır.