Miloş Yojiç: “Neftçi” klubunun müdafiəsi o qədər güclü deyil
22.11.2012 - 14:50
“Neftçi” doğma azarkeşləri önündə irəli atılacaq. Bu da bizim qarşımızda sürətli hücum üçün boşluq yaranmasına kömək edəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Partizan” klubunun futbolçusu Miloş Yojiç deyib.
Gənc yarımmüdafiəçi “Neftçi” ilə bu gün oyun haqda fikirlərini açıqlayıb: “Neftçi”nin müdafiəsi o qədər güclü deyil. Hələ qol vurmadığımız ilk oyunda onların arxa xəttini xeyli yarmağa nail olmuşduq. Bu dəfə isə işimiz daha asan olacaq. Lakin mən onların Bakıda “İnter”ə 1:3 hesabı ilə uduzduğu matçı izləmişəm. Bizim də italiyalılara məğlub olduğumuz matçı bununla müqayisə etmişəm. Buna əsasən qələbə qazanacağımıza inanıram. Bəli, biz “Neftçi”dən güclüyük! Buna görə də qalib gəlməyə borcluyuq”.

0
0