“Fanatlarımıza “Srvena Zvezda”nın himnini öyrətmişəm” MÜSAHİBƏ
22.11.2012 - 15:43
“Fanatlarımıza “Srvena Zvezda”nın himnini öyrətmişəm” MÜSAHİBƏ
“Neftçi” klubunun qapıçısı Saşa Stamenkoviç Serbiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın qolkiperu bu gün Avropa Liqasının V turunda “Partizan”la oyun barədə danışıb.

- Siz “Neftçi” ilə “Partizan” arasındakı ilk oyunda yaşanan insidenti xatırlayırsız?
- Bunu necə unutmaq olar! Həmin oyunda üzləşdiyim çətinliklərə çox az adam dözərdi. Mən ailəmin ünvanına doğru təhqirlər eşitmişdim... Bu, rüsvayçılıq idi. Ancaq mən özümü toparladım, özümü əsl “Deliye” (“Srvena Zvezda”nın azarkeşləri belə adlanır – red.) kimi apardım.

- Özünüzü heç bu münaqişədə günahkar hesab etmirsiz?
- Əsla. Mən bu haqda çox açıqlama vermişəm. Ancaq təəssüf ki, bəzi jurnalistlər mənim sözlərimi başqa yerə yozub.

- Mitroviç və Ninkoviçə küskünlüyünüz qalıb?
- Yox. Mən onları yaxşı başa düşürəm. Hər iki futbolçu gəncdir. Onların hələ öyrənən vaxtıdır.

- Bakıda “Partizan”ın oyunçularına qarşı özünüzü necə aparacaqsız?
- Əminəm ki, onları burda Belqradda mənim başıma gələn hadisələr gözləmir. Hər şey düzgün oyun şəraitində və əsl idman münasibətləri səviyyəsində keçəcək. Heç bir qisas hissindən söhbət gedə bilməz.

- Bəs yerli azarkeşlər özlərini bu baxımdan necə aparacaq?
- Bilmirəm... Azərbaycanlılar “Partizan”ın fanatlarının məni necə təhqir etdiklərini hələ də unutmayıb. Burda klublar arasında ciddi münaqişələr yaşanmır. Futbolçu bir klubdan başqasına keçdikdə bu, normal qarşılanır. Bax bu üzdən onlar Belqradda baş verənlərə görə çox təəccüblənmişdi.

- Bizi necə oyun gözləyir?
- Nə “Partizan”, nə də bizim üçün asan oyun olmayacaq. Ancaq “Neftçi”nin qələbə qazanmasına çox şad olaram.

- “Neftçi”nin azarkeşlərinə “Deliya” fanatlarının “Partizan” haqda yazdığı mahnını oxumaqda siz kömək etmisiz?
- (gülür) Mən yenicə bilmişəm ki, azarkeşlərimiz oyun vaxtı bu mahnını oxuyacaq. Ancaq heç kimə sirr deyil ki, mən fanatlarımıza “Zvezda”nın (“Srvena Zvezda”nı nəzərdə tutur – red.) himnini öyrətmişəm.

- Siz son turda derbiyə baxdız?
- Həmin oyunu necə qaçıra bilərdim ki! Təbii ki, baxdım və “Zvezda”ya azarkeşlik etdim. Keçmiş komandam qələbə qazandı. Ona görə də baş məşqçi Aleksandar Yankoviçə xüsusi təşəkkür düşür. O, fasilədə uşaqları oyuna yaxşı kökləmişdi.