“Azərbaycandan bir kisə pul gətirmişdilər” - MÜSAHİBƏ
22.11.2012 - 15:50
Ukrayna millisinin sabiq hücumçusu, Ukrayna Premyer Liqasında 100 qol vuran ilk futbolçu olmuş Tamerlan Hüseynov müsahibə verib. Apasport.az saytının məlumatına görə, geniş müsahibəsində veteran Azərbaycan yığmasına dəvəti də xatırlayıb.
- Deyilənə görə, vaxtilə Azərbaycan milli komandasından da təklif almışdınız. Bu, həqiqətən də olub?
- Bəli, belə olub. Özü də məni dəfələrlə yığmaya çağırıblar. Hətta bir dəfə Voroşilovqrada (indiki Luqansk) gələndə, bir kisə pul da gətirmişdilər. Mən də az qala razılaşmışdım. Amma həmin vaxt Qarabağın qaynar nöqtəyə çevrilməsi məni saxladı.
- Maraqlıdır ki, Azərbaycan sizi niyə dəvət edirdi? Axı siz dağıstanlısınız.
- Soyadım onları çaşdırmışdı. Yalnız məni görəndən, sənədlərimi araşdırandan sonra başa düşdülər ki, azərbaycanlı deyiləm. Amma yenə dəvət etdilər.
- Dağıstanda anadan olsanız da, Ukraynanın Nikolayev şəhərində böyümüsünüz. Bu, nə ilə bağlıdır?
- Atam hərbi gəmiqayırma sahəsində çalışırdı. Nikolayevə də onun işinə görə köçdük.
- Sizin kumiriniz kim olub?
- 1982-ci ildə Paolo Rossinin oyununa elə vuruldum ki, o vaxtdan İtaliya futbolunun azarkeşinə çevrildim.
- Adınızı daşıyan “Tamerlan Hüseynov klubu” ilə maraqlanırsınız?
- Xüsusi olaraq izləmirəm. Amma indi elə zəmanədir ki, internetdə hər şey olur.

0
0