Neymar Braziliyada “ən yaxşı” oldu
22.11.2012 - 17:59
Neymar Braziliyada “ən yaxşı” oldu
Braziliya Milli Olimpiya Komitəsi ölkəsinin ən yaxşı futbolçusunu müəyyən edib. Apasport.az saytının xəbərinə görə, bu mükafata Braziliya millisinin və “Santos”un hücumçusu Neymar layiq görülüb.

Futbolçuya mükafat dekabrın 18-də veriləcək. Təqdimetmə mərasimi isə Rio-de-Janeyro şəhərində keçiriləcək.