“Bakı”nın məşqçisi: “Partizan” oyunun favoritidir
22.11.2012 - 18:29
“Mən gözləyirdim ki, artıq ilk oyunda Vladimir Vermezoviçin komandası rəqibə öz gücünü göstərəcək. Ancaq Belqraddakı matç göstərdi ki, nəsə düzgün deyil!”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı”nın məşqçisi Aleksandar Kristiç deyib.
42 yaşlı serbiyalı məşqçi ölkəsinin “Sportski jurnal” nəşrinə verdiyi açqlamasında “Partizan”ın bugünkü oyunu haqda danışıb. Onun sözlərinə görə, bu oyunda həmvətənlərinin qələbə qazanmaq şansları daha yüksəkdir: “Ancaq indi inanıram ki, Belqrad klubu oyunun favoritidir. Baxmayaraq ki, “Partizan”ın heyəti gənclərdən qurulub və futbolçuların çoxu beynəlxalq arenada ilk dəfə çıxış edir. “Neftçi” evdə oynadığından, motivasiya onlarda daha yüksək olacaq. Ancaq oyunu qazanan tərəf çempionumuz olacaq”.
Kristiç Vermezoviçə oyunla bağlı məsləhət vermək istəmədiyini də bildirib: “Bunun üçün xüsusi reseptə ehtiyac yoxdur. Sadəcə olaraq qələbə qazanmaq üçün rəqibi qiymətləndirmək və psixoloji cəhətdən hazırlıqlı olmaq lazımdır”.
Qeyd edək ki, Kristiç “Partizan”ı daha şanslı tərəf tanısa da, əslində bu komandanın əzəli rəqibi olan “Srvena Zvezda”nın fanatı kimi tanınır. Çünki sabiq müdafiəçi iki dəfə fərqli vaxtlarda “ulduzlar”ın şərəfini qoruyub. Bundan başqa, o, “Srvena Zvezda”da məşqçi kimi də çalışıb.

0
0