Saşa Stamenkoviç: Görünür, onun sözü qurtarıb
23.11.2012 - 00:00
“Oyuna yaxşı başladıq və vaxtında da qol vurduq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun serbiyalı qapıçısı Saşa Stamenkoviç Avropa Liqasının V turunda “Partizan”la oyundan sonra deyib.
Paytaxt təmsilçisinin legioneri 1:1 hesabla nəticələnən oyundan sonra əməkdaşımıza bildirib ki, komandası qələbə qazanmağa yaxın idi. Stamenkoviç, həmçinin rəqibin meydan qovulan futbolçusu Mitroviçin hərəkətinə də münasibət bildirib: “Yaratdığımız qol vəziyyətlərini dəyərləndirə bilmədik. Əvəzində, rəqib ikinci hissədə bizi cəzalandırdı. Rəqib futbolçularla aramızda heç nə olmamışdı. Görünür, onun sözü qurtarıb. “Partizan” rəhbərliyi onun haqqında ölçü götürməlidir”.

0
0