“Qəbələ” gürcülərlə bacarmadı
23.11.2012 - 00:24
“Qəbələ” gürcülərlə bacarmadı
Təlim-məşq məqsədilə olkəmizə səfər edən Tbilisi “Dinamo”sunun 15 yaşadək futbolçulardan ibarət komandası dünən “Qəbələ” ilə ilk yoxlama oyununda üz-üzə gəlib. Klubdan apasport.az saytına verilən xəbərə görə, bərabər mübarizə şəraitində keçən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Gürcüstan təmsilçisinin heyətində Rati Artizaşvili və Giorgi Qoqilaşvili fərqlənib. Komandalar arasında növbəti oyun sabah baş tutacaq.

Xatırladaq ki, “Qəbələ” Futbol Klubunun təşəbbüsü ilə reallaşan səfərin məqsədi U-15 komandasının beynəlxalq təcrübəsinin artırılmasıdır. Gürcü klubu ilə qarşılaşmalar həm də mövsümün sonunda Qəbələdə təşkil olunacaq II Qəbələ Beynəlxalq Futbol Turnirinə hazırlıq məqsədi daşıyır.