“O, əsl hindlidir!”
23.11.2012 - 11:07
“O, əsl hindlidir!”
“Mən Aleksandar Mitroviçin reaksiyasını anlamıram. Yaxşı olar ki, mənə qarşı niyə aqressiv olduğunu onun özündən soruşasız”. Apasport.az saytının məlumatına görə, bu fikirləri serbiyalı jurnalistlərə açıqlamasında “Neftçi”nin serbiyalı qapıçısı Saşa Stamenkoviç deyib.

Stamenkoviç Avroliqanın qrup mərhələsində “Partizan”la ev oyununda rəqibin 18 yaşlı hücumçusu Aleksandar Mitroviçi “hindli” kimi çağırıb. Belə ki, Saşanın yetirməsi olduğu “Srvena Zvezda”nın azarkeşləri “Partizan”ın futbolçularını bəzən “hindli”, “pakistanlı” kimi çağırır. Bu üzdən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda da “Hindistan”, “Pakistan” şüarlarının səsləndirilməsi əbəs yerə deyildi.

Qapıçı Mitroviçiə deyiləsi yalnız bir sözünün olduğunu bildirib: “O, əsl hindlidir! “Partizan”nın heç bir üzvü ilə heç vaxt belə problemim olmamışdı. İnanmıram ki, kimsə onlara pis söz desin. Halbuki, mən onları burda necə qarşılamışdım”.

Serbiyalı jurnalistlər Mitroviçdən də münaqişəyə reaksiya öyrənmək istəyib. Ancaq serbiyalı forvard suallara cavab verməkdən boyun qaçırıb.