“Neftçi”nin faydasız heç-heçəsi
23.11.2012 - 11:29
UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub. Apasport.az saytının məlumatına görə, 2012/13 mövsümünün Çempionlar və Avropa Liqasının qrup mərhələsinin V turunun qarşılaşmalarında bəzi ölkələr xal hesablarını dəyişə bilib.
Son 5 mövsümü əhatə edən reytinqə Azərbaycan da hesabına növbəti 0,250 xalı yazıb. Bu, “Neftçi”nin Serbiya “Partizan”ı ilə Bakıda heç-heçə etməsi sayəsində mümkün olub – 1:1.
Təsnifat mərhələsindən fərqli əsas mərhələdə heç-heçə artıq 0,125 deyil, 0,250 xal gətirir. 1:1 hesablı heç-heçə ilə cari mövsüm qazanılan xallarımızın sayı rekord həddə - 2,750-ə çatıb.
Cari mövsüm toplanan xalların ən böyük hissəsi – 1,375-i “Neftçi”nin, 0,750-si “İnter”ın payına düşür. Digər 0,500 xal “Xəzər Lənkəran”ın, 0,125-i isə “Bakı”nın hesabındadır.
“Neftçi”nin qələbəsi sayəsində son 5 ilə əsasən özümüz üçün rekord - 8,291 xal yığmağa imkan verib. Lakin bunun da sayəsində Azərbaycan UEFA reytinqində irəliləyə bilməyib. Faydasız heç-heçədən sonra da ölkəmiz 33-cü pillədə qalıb. Futbol tariximizdə ən yüksək nəticə olan bu pillə daha da yaxşılaşa bilərdi. Belə ki, bizi 32-ci yerdə qərarlaşan Finlandiyanı keçmək üçün “Neftçi” qalib gəlməli idi. Lakin Böyükağa Hacıyevin komandası Azərbaycanı 32-ci pilləyə daşıya bilmədi. İndi Finlandiyanı keçməyimiz Milanda İtaliya “İnter”dən alınan xaldan asılı olacaq. İstənilən xal bizi 32-ciliyə daşıyacaq.
UEFA reytinqinin 4-cü onluğu

yer | Ölkə | reytinq | Qalıb/klub |
31 | Gürcüstan | 9,166 | 0/4 |
32 | Finlandiya | 8,508 | 0/5 |
33 | Azərbaycan | 8,291 | 1/4 |
34 | Bosniya-Herseqovina | 7,833 | 0/4 |
35 | Moldova | 7,666 | 0/4 |
36 | İrlandiya | 7,375 | 0/4 |
37 | Litva | 6,500 | 0/4 |
38 | Qazaxıstan | 5,958 | 0/4 |
39 | Latviya | 5,791 | 0/4 |
40 | İslandiya | 5,416 | 0/4 |
0
0