475 gündən sonra Respublika stadionunda
23.11.2012 - 11:51
475 gündən sonra Respublika stadionunda
Azərbaycan komandası 475 gündən sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda xal qazandı. Apasport.az saytının məlumatına görə, “Neftçi” Avroliqanın qrup mərhələsinin V turunda “Partizan”la 1:1 hesabı ilə nəticələnən oyunda buna nail olmaqla reallaşdırdı.

Mərkəzi arenamız əsaslı təmir nəticəsində yeniləşəndən sonra bakılılar orada qrupda İtaliya “İnter”i ilə Serbiya “Parizan”ına müvafiq olaraq 1:3 və 0:1 hesabı ilə uduzdu. Çempionumuz Respublika stadionunda bağlı olan dövrdə isə bu il avrokuboklarda – Avroliqaya qədər Çempionlar Liqasında ev oyunlarını “Dalğa Arena”da keçirmişdi.

Respublika stadionu açılandan sonra ilk oyun 17 yaşadək qızlardan ibarət yığmamızın dünya çempionatının final mərhələsində Kolumbiya ilə açılış matçı oldu. Bunda isə 0:3 hesablı məğlubiyyətimiz qeydə alındı. Qızlarımız bundan sonra mərkəzi arenada oyun keçirmədi.

“Tofiq Bəhramov”da bunadək sonuncu avrokubok oyunu ötən ilin avqustun 4-də olmuşdu. Onda qalan yeganə təmsilçisi “Qarabağ” Avroliqanın III təsnifat mərhələsində Belçikanın “Brügge” klubu ilə cavab oyunu keçirmişdi. Onda Bəxtiyar Soltanov 87-ci dəqiqədə vurduğu qələbə qazandırmışdı ki, bu da komandanın turnirdə sonuncu matçı oldu. Çünki Belçikada 1:4 hesabı ilə uduzduğumuzdan, növbəti mərhələyə çıxa bilmədik.