“Mitroviçin “Neftçi” ilə oyunda hərəkəti xoşuma gəlmədi”
23.11.2012 - 12:07
“Futbolçu meydanda olduğu vaxt oyundan başqa heç nə haqda düşünməməli, fikrini yalnız qarşılaşmaya yönəltməlidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Partizan” klubunun futbolçusu Saşa İliç deyib.
Belqrad təmsilçisinin kapitanı Avropa liqasının qrup mərhələsinin V turunun “Neftçi” ilə Bakıdakı görüşü haqda danışıb. Lakin İliç matçdan daha çox meydanda qeyri-etik hərəkətlərə yol verən komanda yoldaşı Aleksandar Mitroviçin əməlinə qiymət verib: “Bu üzdən də Aleksandar Mitroviçin hərəkəti xoşuma gəlmədi. Başa düşə bilmədim ki, ona nə lazım idi. Onun hərəkəti gənc olması ilə bağlıdır. Bəlkə də ona yalnız bu haqq qazandıra bilər. Lakin bir şərtlə ki, bu hərəkət daha təkrarlamasın”.

0
0