“Qəbələ” paytaxta gəlir
23.11.2012 - 12:17
“Qəbələ” paytaxta gəlir
“Qəbələ” Topaz Premyer Liqasının XIV turu çərçivəsində səfərdə “Rəvan”la baş tutacaq matçın hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, heyətində Vurğun Hüseynov xaricində zədəli və cəzalı futbolçu olmayan komandanın düşərgəsində yüksək əhval-ruhiyyə hökm sürür. “Qəbələ” bugünkü səhər məşqinin ardından paytaxta yollanıb.

Qeyd edək ki, Bayılda baş tutacaq “Rəvan” – “Qəbələ” oyunu noyabrın 25-də keçiriləcək. Görüş saat 18:00-da start götürəcək.