Rəşad Sadiqov: Debütant olduğumuz üçün 2 xal az deyil
23.11.2012 - 12:23
“Heç-heçə pis nəticə deyil. Hərçənd qalib gələ də bilərdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin kapitanı Rəşad Sadiqov Avroliqanın qrup mərhələsində “Partizan”la Bakıda 1:1 hesabı ilə nəticələnən oyundan sonra UEFA-nın rəsmi saytına açıqlamasında deyib.
Yarımmüdafiəçi komandasının qrup mərhələsində çıxışını qənaətbəxş sayır: “Hesab edirəm ki, debütant üçün 2 xal az deyil. Üstəlik, bizim qarşıda Milana səfərimiz var”.
Qeyd edək ki, xallarını “Partizan”la oyunlarda bərabərliklərlə qazanan “Neftçi” qrup mərhələsində son oyununu dekabrın 6-da “İnter”lə İtaliyada keçirəcək.

0
0