Rəşad Sadiqov: Bilmirəm, bəlkə kimlərsə bunu faciə hesab edir - MÜSAHİBƏ
23.11.2012 - 14:27
“Neftçi”nin kapitanı Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi
- Oyunla bağlı fikirlərinizi bildirərdiniz...
- Rəqiblə bir dəfə qarşılaşdığımızdan oyunun çətin keçəcəyini bilirdik. Çünki Belqraddakı matçda da rəqib çox aqressiv oyun nümayiş etdirmişdi. Bu dəfə tam fərqli hazırlaşmışdıq. Həqiqətən də qələbə qazanmaq istəyirdik. Oyunu izlədiyinizdən, razılaşarsınız ki, qol epizodlarımız da çox oldu. Çox təəssüf yenə istifadə edə bilmədik. Rəqibin oyun ərzində bir şansı oldu, ondan da maksimum istifadə etdi.
- Adətən uzatma dəqiqələrdə bizim qapımıza qol vururlar. Bəs nə vaxtsa biz əlavə vaxtda rəqib qapısına yol tapa biləcəyik?
- Bu, futboldur. Hər şey qismətdən asılıdır. Az olmayıb ki, 80-ci dəqiqədən sonra qol vuraq, qələbə və ya heç-heçə edək. Sadəcə, bu gün alınmadı.
- Doğma meydanda 1:1 hesablı heç-heçəni necə dəyərləndirirsiniz?
- Bilmirəm, bəlkə kimlərsə bunu faciə hesab edir. Amma biz qrupda ikinci xalımızı qazandıq. Həm də oyun baxımından yaxşı çıxış etdik. Üzüldüyümüz məqam odur ki, qələbəni əldən verdik. Bir xalla kifayətləndik. Digər yandan “Partizan” kimi komandadan xal almaq və qrup mərhələsində aktivinə ikinci xalı yazdırmaq pis nəticə deyil.
- Mahir Şükürov zədəli, Erik Ramos isə cəzalı olduğuna görə meydana çıxmamışdılar. Onların yoxluğu hiss olunurdumu? Hər ikisinin yoxluğu komanda üçün ciddi itki hesab edilir?
- Bu gün komandada təcrübəli futbolçuların sayı az olduğuna görə hər bir oyunçunun yoxluğu dərhal hiss olunur. Adlarını qeyd etdiyiniz hər iki futbolçu bizim üçün ciddi itkidir.
- Oyunun gedişində rəqib futbolçu qırmızı alan vaxt meydanda gərginlik yaşandı. Bunun səbəbini açıqlaya bilərsinizmi?
- Əslində, bu ilk dəfə deyil. Həmin futbolçu Belqraddakı oyunda da bu cür hərəkət etmişdi. Onda da qapıçımızla onun arasında gərginlik yaşanmışdı. Burdakı matçda da müəyyən atmacalar oldu.
- Ona niyə qırmızı vərəqə verildi?
- Birbaşa qırmızı vərəqə göstərilməsinin səbəbi söyüş söyməsi idi. O, ingilis dilində hakimi təhqir elədi. Referi də gözünün qarşısında baş verən hadisəni dərhal qırmızı vərəqə ilə dəyərləndirdi. Yəni futbolçunu bağışlamadı.

0
0