“Simurq”un futbolçusunun cəzası azaldıldı
23.11.2012 - 14:34
Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda “Simurq”un 2 futbolçu ilə bağlı müraciətinə baxılıb.
Müzakirələrdən sonra qərara alınıb ki, İntizam Komitəsinin “Simurq”un futbolçusu Qərib İbrahimovun 4 oyunluq cəzalanması və klubun 4 min manat cərimələnməsi haqda çıxarılan qərar qüvvədə saxlanılıb.
Onun komanda yoldaşı İlkin Qırtımovla bağlı qərar isə dəyişdirilib. İlkin intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılıb, digər 3 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunub. 6 aylıq sınaq müddəti ərzində İlkin analoji hərəkətlərə yol verdiyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə ediləcək.

0
0