AFFA rəsmisi UEFA-nın iclasında
23.11.2012 - 14:41
AFFA rəsmisi UEFA-nın iclasında
Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin növbəti iclası keçiriləcək. Apasport.az saytının məlumatına görə, yığıncaqda digər milli assosiasiyalar kimi AFFA da təmsil olunacaq. Belə ki, qurumun İnfrastruktur və İT üzrə direktoru Elnur Məmmədov da tədbirdə iştirak edəcək.

Qeyd edək ki, Məmmədov UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin üzvüdür.

Mənbə: affa.az