Mersedesdə anadan oldu, “Neftçi”yə qarşı oynamayacaq
23.11.2012 - 15:01
Mersedesdə anadan oldu, “Neftçi”yə qarşı oynamayacaq
İtaliya “İnter”i Avroliqanın qrup mərhələsinin “Neftçi” ilə dekabrın 6-da keçiriləcək ev oyununa itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi argentinalı müdafiəçisi Matias Silvestrenin xidmətindən məhrum olub.

Bunun səbəbi futbolçunun cəzalı duruma düşməsidir. Argentinanın Mersedes şəhərində anadan olan futbolçu qrupun ilk 5 oyununda 3 sarı vərəqə alıb. Oktyabrın 25-də və noyabrın 8-də Serbiya “Partizan”ı ilə hər 2 qarşılaşmada xəbərdarlıq alan Matias dünən “Rubin”lə Rusiyadakı qarşılaşmada da eyni cəzaya layiq görülüb. Ardıcıl alınan 3 vərəqə onun “Neftçi” ilə oyuna yolunu bağlayıb.