Gürcülər Qəbələni “Dumanlı Albion”a bənzətdi
23.11.2012 - 15:17
Gürcülər Qəbələni “Dumanlı Albion”a bənzətdi
“İlk matç maraqlı alındı. İki güclü komanda üz-üzə gəldi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Tbilisi “Dinamo”sunun 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Levan Kvantseladze deyib.

“Dinamo” təlim-məşq toplanışı məqsədi ilə Qəbələdə səfərdədir. İlk oyunda “Qəbələ”yə 2:0 hesabı ilə qalib gələn komandanın çalışdırıcısı bu səviyyədə rəqib gözləmədiyini söyləyib: “Qalib gəlməyimizə baxmayaraq, komandamın çıxışından razı qalmadım. Futbolçular bacarıqlarını tam ortaya qoya bilmədi. Bunu uzun yol gəlməyimizlə əlaqələndirərdim. Düşünürəm ki, ikinci oyunumuz daha maraqlı alınacaq. O ki qaldı “Qəbələ”yə, rəqibin oyun üslübunu və ümumilikdə komandanı çox bəyəndim. Bu cür güclü rəqib gözləmirdim. Çox intizamlı, komplekt kollektiv formalaşdırılıb”.

Kvantseladze Qəbələyə heyran qaldığını da gizlətməyib: “Qəbələdə futbol oynamaq üçün hər cür şərait var. Meydançaları, ot örtüklərini çox bəyəndim. Çox istərdik ki, Gürcüstanda da klubların bu cür bazası olsun. İnfrastruktur baxımından Gürcüstan klublarını xeyli qabaqlayırsız. Futbolçularım Qəbələni İngiltərəyə bənzədir – gözəl təbiət, duman və super meydançalar”.

Qeyd edək ki, “Qəbələ” ilə “Dinamo” arasında növbəti yoxlama oyunu sabah keçiriləcək.