“Neftçi” üçün münasib yarış
23.11.2012 - 15:21
Flavinyonun Avropa Liqasının qrup mərhələsinin V turunun Serbiya “Partizan”ı ilə oyunda vurduğu qol “Neftçi” üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu komandasının bu turnirdə yubiley qolunun müəllifi kimi tarixə düşüb. Belə ki, bakılılar bu qarşılaşmayadək (1:1) əvvəllər UEFA kuboku adlanan indiki Avropa Liqasında 14 qol vurmuşdu. Flavinyonun 15-ci qolun müəllifi olması həm də “Neftçi” üçün qol vurmaq basımından ən münasib yarışın adına aydınlıq gətirib. Məsələ ondadır ki, bu qarşılaşmayadək “ağ-qaralar” həm Çempionlar Liqasında, həm də Avropa Liqasında eyni sayda – 14 dəfə fərqlənmişdi. İndi isə 2-ci dərəcəli klub turnirindəki qolların sayısı artıq 15-ə çatdı.
Qeyd edək ki, avrokuboklarda 36 qolu olan paytaxt təmsilçisi daha 7 dəfə İntertoto kubokunda sevinib. Kuboklar kubokunda isə rəqib qapılarına yol tapmayıb.
Qeyd edək ki, avrokuboklarda 36 qolu olan paytaxt təmsilçisi daha 7 dəfə İntertoto kubokunda sevinib. Kuboklar kubokunda isə rəqib qapılarına yol tapmayıb.
0
0