Rəşad Sadıqov tam sağalsa da...
23.11.2012 - 16:12
Rəşad Sadıqov tam sağalsa da...
“Qarabağ” Topaz Premyer Liqasında növbəti turun oyununa hazırlaşır. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Topaz Premyer Liqasının XIV turunda “Turan”ı sabah qəbul edəcək ağdamlılar saat 16:00-da başlayan sonuncu məşqini edərək hazırlıqlarını tamamlayacaq.

“Qarabağ” əyalət derbisinə tam heyətlə hazırlaşır. Komandada zədəlilərin olmaması üzləri güldürür. Cəza səbəbindən isə Rəşad Sadıqov oyunu buraxacaq. “Qarabağ”ın və millinin kapitanı uzun müddətdir zədəli olsa da, artıq sağalıb. Amma 30 yaşlı müdafiəçi ötən oyunda texniki zonada 1 oyunluq cəza aldığına görə “Turan”la oyunu buraxacaq.

Qeyd edək ki, “Qarabağ” – “Turan” oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 14:00-da başlayacaq.