Kanales Avropa Liqasında 11-cidir
23.11.2012 - 16:25
Kanales Avropa Liqasında 11-cidir
Avropa Liqasının V turundan sonra yarışda oyundankənar vəziyyətə ən çox düşənlərin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın hesablamalarına əsasən İtaliya “Udineze”sinin tanınmış futbolçusu Antonio di Natale qitənin 1 nömrəli “ofsaydşik”idir.

10 dəfə oyundankənar vəziyyətə düşən appeninli hücumçunun başçılıq etdiyi siyahıda Azərbaycan çempionu “Neftçi”nin də üzvü var. Bakılıların çilili hücumçusu Nikolas Kanales 6 dəfə ofsaydda qalmaqla 11-ci pilləyə şərikdir. O, tanınmış oyunçulardan Vedad İbişeviç, Aritz Aduris, Aleksandr Fray kimi oyunçularla eyni göstəriciyə malikdir.