Titul sahiblərinin dueli, Bakesin ardıcıl 2-ci səfər sınağı
23.11.2012 - 17:00
Sabah Topaz Premyer Liqasında XIV tura start veriləcək. Apasport.az saytının məlumatına görə, Turun oyunları adəti üzrə şənbə və bazar gün keçirilərək, günlərə bərabər sayda bölünüb.
“Kəpəz”lə “Xəzər Lənkəran” arasında oyunda əsas diqqəti çəkən məqam baş məşqçilərin dəyişikliyidir. Yəni ilk dövrədə Lənkəranda keçirilən komandaları meydana Fuad İsmayılovla Yunis Hüseynov çıxarmışdısa, bu dəfə Mahmud Qurbanovla ispaniyalı Karles Martorell Bakes iş başında olacaq. Özü də təqvim elə gətirdi ki, “Xəzər Lənkəran”ın yeni çalışdırıcısı 2-ci sınağını da səfərdə keçirməli olacaq. Ötən turda “Bakı”ya 0:2 hesabı ilə uduzan ispaniyalı ilk qələbəsini autsayderlə oyunda qazanmağa şanslıdır. Ancaq onu da nəzərə alaq ki, lənkəranlılar ötən mövsüm Gəncədə böyük hesabla uduzmuşdu – 1:4.
“Qarabağ” 4-cü qələbəsini “Turan”la oyunda qazanmağa çalışacaq. Əfqan Talıbovun gedişindən sonra ilk 2 oyunda qələbəni bayram edən tovuzlular artıq 3 oyundur buna nail olmur. Üstəlik, “Turan” Talıbovla ilk məğlubiyyətini ötən tur məhz Bakıda aldı və yenə paytaxtda meydana çıxacaq.
“Simurq” cari mövsümdə ilk məğlubiyyətini aldıqdan sonra qələbəyə həsrət qaldığı “İnter”i qəbul edəcək. Zaqatalalılar xeyli vaxtdır qalib gələ bilməsələr də, liderlər qrupunda yer alıb. “Simurq” çempionatda ilk dəfə “İnter”i yenərsə, onunla xallarını bərabərləşdirəcək. Komandanın səfərdə 0:1 hesabı ilə uduzduğunu nəzərə alsaq, 2 və daha çox top fərqli qələbə onu şəxsi oyunlarda rəqibindən üstün edəcək.
Bazar günü turun oyunlarına Bakı derbisi ilə start veriləcək. İş elə gətirdi ki, “Bakı” ardıcıl 2-ci ev oyununda ilk dövrədə oyunu təxirə salındığı komanda ilə üzləşəcək. Ötən turda “Xəzər Lənkəran”ı 2:0 hesabı ilə yenən “zolaqlılar” çempion “Neftçi”ni də üstələyərsə, turnir cədvəlinin ortalarına kimi irəliləyə biləcək. Çempion isə ötən turda “Sumqayıt”a 8:1 qalib gəlməklə, cari mövsümün ən böyük hesablı qələbəsini reallaşdırdı. “Neftçi”nin ötən mövsüm çempionudursa, “Bakı” ölkə kubokunun qalibidir. Maraqlıdır ki, sonuncular kubokun finalında məhz bu turdakı rəqibinə qalib gəlib.
AZAL-la “Sumqayıt” cari mövsümə öz aralarındakı oyunla başlayıb. Onda matç 2:2 hesabı ilə nəticələndiyindən, qalib müəyyənləşmədi. Son vaxtlar isə komandalar uğursuzluq zolağına düşərək, turnir cədvəlində 2-ci “altılıq”da yer alıb. AZAL-ın baş məşqçisi Vaqif Sadıqov üçün son şans olacaq matçda sumqayıtlılar qalib gələrsə, rəqibi ilə xalları bərabərləşdirib, şəxsi oyunlarda onu qabaqlayacaq.
“Qəbələ” qonağı olacağı “Rəvan”a ilk dövrədə uduzduqdan sonra baş məşqçisi dəyişikliyi oldu. Türkiyəli Fatih Kavlakı istefaya göndərərək, baş məşqçi postuna Ramiz Məmmədovu qaytaran qəbələlilər bunun bəhrəsini gördü. Belə ki, indiki çalışdırıcının vaxtında 7 oyunda cəmi 1 məğlubiyyət “Qəbələ” son 3 qələbə sayəsində turnir cədvəlində 4-cü pilləyə yüksəldi. Növbəti qələbə komandanın daha da irəliləməyinə gətirib çıxara bilər. Bakılılar isə məhz Qəbələdəki matç öncəsi Kemal Alispahiçi baş məşqçi təyin etdi. Düzdür, həmin matçda komandanı Bəhmən Həsənov çıxardığından, bosniyalı çalışdırıcının debütü bundan sonra reallaşdırdı.
24 noyabr
14:00. “Kəpəz” – “Xəzər Lənkəran”
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Nahid Əliyev, İnqilab Məmmədov.
Gəncə. Şəhər stadionu.
İlk dövrədəki oyun – 0:5.
14:00. ”Qarabağ” – “Turan”
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Feyzulla Feyzullayev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk dövrədəki oyun – 1:0.
15:00. ”Simurq” – “İnter”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, İsgəndər Əliyev, Ramiz Məhərrəmov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
25 noyabr
14:20. “Bakı” – “Neftçi”
Hakimlər: Elçin Məmmədov, Yaşar Abbasov, Vaqif Musayev, Teymur Fərhadov.
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu.
İlk dövrədəki oyun təxirə salınıb.
16:00. AZAL – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Mehman Mahmudov, Elvin Əsgərov.
Bakı. “AZAL Arena” stadionu.
İlk dövrədəki oyun – 2:2.
18:00. ”Rəvan” – “Qəbələ”
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Coşqun Həsənov, Ramil Əhmədov.
Bakı. “Bayıl Arena” stadionu.
İlk dövrədəki oyun – 3:1.
Bombardir: Nikolas Kanales (Neftçi) - 11 qol

| komanda | o | q | h | m | t | x | |
1 | İnter | 12 | 6 | 5 | 1 | 13-5 | 23 |
2 | Qarabağ | 13 | 5 | 5 | 3 | 17-14 | 20 |
3 | Simurq | 13 | 5 | 5 | 3 | 15-9 | 20 |
4 | Qəbələ | 13 | 5 | 4 | 4 | 15-14 | 19 |
5 | Neftçi | 10 | 6 | 0 | 4 | 24-13 | 18 |
6 | Xəzər L | 12 | 4 | 4 | 4 | 17-11 | 16 |
7 | Rəvan | 13 | 4 | 4 | 5 | 13-18 | 16 |
8 | AZAL | 12 | 4 | 4 | 4 | 16-13 | 16 |
9 | Turan | 13 | 4 | 3 | 6 | 13-18 | 15 |
10 | Sumqayıt | 13 | 3 | 4 | 6 | 11-26 | 13 |
11 | Bakı | 11 | 2 | 7 | 2 | 10-8 | 13 |
12 | Kəpəz | 13 | 2 | 3 | 8 | 8-23 | 9 |

0
0