“Neftçi”nin rəqibində zədə problemi
23.11.2012 - 18:00
“Neftçi”nin rəqibində zədə problemi
“Neftçi”nin Avroliqanın qrup mərhələsində son turunda qonağı olacağı İtaliyanın “İnter” klubunda zədə problemi yaranıb. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisinin aparıcı müdafiəçilərindən olan Andrea Ranokkiya V turda “Rubin”lə səfər oyununda zədələnib.

Vətəninə omba nahiyəsində əzələ dartması ilə gələn futbolçu dərindən tibbi müayinədən keçəcək. Məhz bundan sonra onun nə vaxt oynaya biləcəyinə aydınlıq gələcək.

Qeyd edək ki, Andrea “Neftçi”yə Bakıda 3:1 hesabı ilə qalib gəldikləri matçda oynayıb.