“O, məni Əfran İsmayılovun yerinə gətirmək istəyirdi”
23.11.2012 - 18:39
“İnter”lə oyuna ciddi hazırlaşırıq. Bu oyunda hədəf qələbədir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Simurq”un futbolçusu Murad Səttarlı deyib.
İlk dövrənin “İnter” – “Simurq” matçının nəticəsi futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. “Şəfa” stadionunda meydan sahiblərinə minimal hesablı məğlubiyyət “kiçik qardaş”ın böyük jesti kimi dəyərləndirildi. Məhz IX turdan etibarən “Simurq” qələbəsiz oyunlar seriyasına start verdi. Ardıcıl 5 oyundur ki, qələbə qazana bilməyən Zaqatala təmsilçisinin “bankirlər”lə ikinci matçda bu uğursuzluğa son qoymaq imkanı var.
Elə 20 yaşlı Murad da qələbə qazanmaqla bir sıra mətləblərə aydınlıq gətirmək istədiklərini bildirib: “Bizim qəsdən “İnter”ə oyunu verməyimiz deyilir. Halbuki bu, belə deyil. İndi əlimizə yaxşı fürsət düşüb. “İnter”i evimizdə yenib həm bu söz-söhbətə, həm də uğursuz çıxışlarımıza son qoymaq istəyirik. Bu kluba uduzduqdan sonra bir növ özümüzə gələ bilməmişik. Bunu nəticələrimiz də göstərir. Ancaq qələbə qazanmaqla yenidən yüksəlişə keçə bilərik”.
21 yaşadək futbolçulardan ibarət yığmamızın da üzvü olan Səttarlı müqavilə ilə “Qarabağ”a məxsusdur. Son turda Ağdam klubu ilə matçda yaxşı təsir bağışlayan sağ cinah yarımmüdafiəçisi matçdan sonra baş məşqçi Qurban Qurbanovla uzun-uzadı söhbət edirdi. Bəs görəsən, söhbətin mövzusu nə olub?: “Qurban müəllimlə “Qarabağ”a qışda qayıtmaq variantı haqda söhbət etdik. O məni Əfran İsmayılovun yerinə gətirmək istəyirdi. Ancaq mən mövsümün sonuna kimi “Simurq”da qalmaq istədiyimi bildirdim. Çünki bilirdim ki, ora qayıtsam, bu, yaxşı çıxmaz. Onsuz da Əfran da “Qarabağ”da qalası oldu. “Simurq”la icarə müqaviləsi yaya kimi nəzərdə tutulub. İstəyirəm ki, burda yaxşı oynayıb, özümü göstərim və mövsümün sonunda medal qazanım”.

0
0