Yeni qayda Stamenkoviçlə Sadiqovu xilas etdi
23.11.2012 - 19:01
“Neftçi” Avroliqanın qrup mərhələsinin son turunda “İnter”lə dekabrın 6-da səfər oyununa cəza problemi olmadan çıxacaq. Apasport.az saytının məlumatına görə, çempionumuzun V turda “Partizan”la Tofiq Bəhramov adına Respublika stadionunda 1:1 hesabı ilə nəticələnən oyununda 4 futbolçusu sarı vərəqə alsa da, onlardan heç biri vərəqə limitini aşmayıb.
Belə ki, qapıçı Saşa Stamenkoviçlə kapitan Rəşad Sadiqov qrup mərhələsində 2-ci, müdafiəçi Emin Mehtiyevlə braziliyalı yarımmüdafiəçi Flavinyo 1-ci sarı vərəqələrini alıb. Özü də serbiyalı qapıçı hər 2 halda həmyerliləri – onun üçün prinsipial rəqib sayılan “Partizan”la matçda cəzalanıb. Bu ildən tətbiq olunan yeni qaydaya görə, futbolçu qitə miqyaslı turnirdə 2-ci yox, 3-cü sarı vərəqədən sonra cəzalı duruma düşür. Bu üzdən Saşa ilə Rəşad xilas olaraq, Milanda meydana çıxa biləcək.
Eyni sözü cəzasını başa vuran Erik Ramos haqda demək olar. Belə ki, “Neftçi”nin paraqvaylı yarımmüdafiəçisi qrup mərhələsində 3-cü sarı vərəqəni “Rubin”ə Bakıda 0:1 hesabı ilə uduzduğumuz oyunda almaqla cəza üzündən belqradlılarla son matçı kənardan izləməli oldu.
Ümumiyyətlə, Ramosun qitə miqyaslı turnirdə hesabında 5 sarı vərəqə var. O, ilk 2 “sarı”nı son təsnifat mərhələsində Kipr APOEL-i ilə oyunlarda alıb. Ancaq qaydaya görə, təsnifat mərhələsində sarı vərəqələr ləğv olunduğundan, onun işi asanlaşdı və “Partizan”la səfər matçında xəbərdarlıq almağı “İnter”lə Bakıda tarixi oyunu iştirakçısı olmağına imkan verdi. Paraqvaylı daha bir vərəqəni “Rubin”lə səfər matçında alıb.
Qeyd edək ki, “Neftçi”yə son vaxtlar zədə üzündən kömək edə bilməyən müdafiəçi Mahir Şükürov 2 həftəyə kimi sağalacağından, bakılılar İtaliyada tam heyətlə çıxa biləcək.

0
0