Pato da gedir
24.11.2012 - 00:00
Pato da gedir
Bir vaxtlar "Milan"da möcüzələr yaradan Kaka "Real"ın yolunu tutandan sonra hər kəs klubda onun bir varisi olduğunu düşünürdü: Aleşandro Pato. Lakin sonuncu həmyerlisinin yolu ilə gedə bilmədi. Vaxtilə gələcəyin ən böyük ulduzlarından hesab olunan Pato zədə və digər amillər ucbatından bu proqnozları doğrulda bilmədi.

Apasport.az saytının məlumatına görə, indi isə Aleşandro haqqında yeni xəbərlər dolaşır. İtaliya mətbuatı "sambaçı"nın klubu tərk etməyə hazırlaşdığını yazır. Futbolçunun meneceri Gilmar Veloz da Pato barəsində gəzən xəbərlərin reallığı əks etdirdiyini bildirib: "Pato qəti şeylər söyləyirsə, mütləq bir səbəbi var. İtaliyaya gedib onunla və "Milan" rəhbərliyi ilə görüşəcəm. Vəziyyəti tam analiz edib qərar çıxaracağıq".

Qeyd edək ki, Pato cari mövsüm A seriyasında 7 oyuna çıxıb və 2 dəfə fərqlənib.