“Ronaldo özünü nadir tapılan hind qızılı hesab edir”
24.11.2012 - 00:05
"Real"ın "dinamo"su Xabi Alonso komanda yoldaşı Kriştianu Ronaldo ilə bağlı bəzi fikirlər səsləndirib. Apasport.az saytının xəbərinə görə, ispaniyalının sözlərində Ronaldo ilə yeni qalmaqala, yoxsa dostluğa işarə olduğunu seçmək olmur: "Ronaldoyla aramda iş hörməti var. Paltardəyişmə otağında heç kim mənim dostum deyil, elə Kriştianu da. Onunla işimiz yalnız meydandadı. Meydandan kənarda isə demək olar ki, ünsiyyət qurmuruq, Ronaldo özünü nadir tapılan hind qızılı hesab edir. O, Portuqaliya üçün əhəmiyyətli oyunçudu. Çox istəkli və qərarlıdı. Bu da komandaya müsbət təsir edir".
Alonso baş məşqçi Joze Mourinyonu da yaddan çıxarmayıb: "Mourinyodan hər dəqiqə yeni bir şey öyrənirəm. Həqiqətən tələbkar məşqçidi. Hər şeylə detallarına qədər maraqlanır. İnsanlar onu tanıdıqlarını düşünürlər, halbuki gördükləri tək şey onun imicidi. Onun paltardəyişmə otağında necə olduğunu bilirəm. Kənarda görünəndən çox fərqlidi".

0
0