Qaskoyn Qattuzonu çılpaq qoyub
23.11.2012 - 23:58
Cennaro Qattuzo karyerası boyu "Peruca", "Reyncers" "Salernitana" və "Milan"ın şərəfini qoruyub. Apasport.az saytı xəbər verir ki, hazırda İsveçrə "Syon"unda çıxış edən yarımmüdafiəçinin ən maraqlı xatirəsi isə məhz "Reyncers"lə bağlıdı. 1997/98 mövsümündə Şotlandiya klubunda çıxış edən italiyalı orada başına gələn bir hadisə barəsində danışıb.
O, "Reyncers"də olarkən komanda yoldaşı Pol Qaskoynun dəliliyindən söz açıb: "İlk məşqimdən sonra təbii olaraq duş qəbul etməyə girdim. Duşdan çıxanda əşyalarımın üfunət iyi verdiyini gördüm. Qaskoyn paltarlarımın üstünə ehtiyacını ödəmişdi. Təəssüf ki, o gün avtomobili paltarsız idarə etmək məcburiyyətində qalmışdım. O, sözün əsl mənasında dəlinin yekəsi idi. Davamlı şit zarafatlar edirdi. Elə Pola dəli diaqnozunun qoyulması da çox təbii idi".
Xatırladaq ki, Qattuzo karyerasının ən parlaq illərini 1999-2012-ci illərdə "Milan"da keçirib.

0
0