“Zenit”ə texniki məğlubiyyət verildi
24.11.2012 - 00:08
“Zenit”ə texniki məğlubiyyət verildi
Rusiya çempionatında keçirilən "Dinamo" - "Zenit" qarşılaşmasında yaşanan hadisələrə hüquqi qiymət verilib. Apasport.az saytının xəbərinə görə, matç zamanı qonaq komandanın azarkeşləri meydana fişəng atmış, nəticədə ev sahibi komandanın qapıçısı Anton Syominin gözündən yaralanaraq, kor olma təhlükəsilə üzləşmişdi.

Peterburqlu azarkeşlərin törətdiyi əməldən sonra Rusiya Futbol Federasiyası (RFF) "təyyarəçilər"i cəzalandırıb. Özü də "Zenit"ə üç müxtəlif cəza verilib.

RFF-in qərarına əsasən, "Zenit" 0:3 hesablı texniki məğlubiyyət alıb, 2 oyuna azarkeş dəstəyi olmadan çıxacaq və bunlarla yanaşı, 35 min dollar cərimə ödəməli olacaq.