Baroşun “Qalatasaray”dan ayrılacağı dəqiqləşdi
24.11.2012 - 00:21
Milan Baroşun qış fasiləsində "Qalatasaray"dan ayrılacağı dəqiqləşib. Apasport.az saytının xəbərinə görə, son vaxtlar həm fiziki, həm də heyətdəki formasından xeyli uzaq qalan çexiyalı gələn ildən etibarən karyerasını vətənində davam etdirəcək.
Türkiyə və Avropa mətbuatında yer alan xəbərlərə görə, baş məşqçi Fatih Terimlə arası soyuq olan qolçu, onun meneceri və "Cim-Bom" rəhbərliyi bu yaxınlarda bir araya gələrək məlum qərarı qəbul ediblər. Əvvəlcə rəsmilər menecer Pavel Paskaya Baroş üçün 1,5 milyon avro verən klub tapmasını tələb ediblər. Lakin Paska bu şəraitdə Baroş üçün bu pulu verəcək klub tapmağın çətin olacağını deyib. Nəticədə "Qalatasaray" oyunçunu qışda sərbəst buraxacağını ifadə edib. Beləliklə, Baroşu istəyən klub yanvarda onu pulsuz əldə edə biləcək və bu transfer "Qalatasaray"ın xəzinəsinə heç bir gəlir gətirməyəcək.
Qeyd edək ki, Baroş 2008-ci ildən bəri "sarı-qırmızı" formanı geyirdi.

0
0